Pleyeri seçin:
Saxlaya bilmədi, maşın kamazın altına girdi | Biləsuvarda toy karvanında dəhşətli qəza
Ağcabədidən Cəlilabadın Göytəpə qəsəbəsinə gəlin gətirən toy karvanında faciə yaşanıb.
Beş nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda qeydə alınıb.
Belə ki, “VAZ-21010” markalı avtomobil yük maşını ilə toqquşub.
“Sürətim az idi, o biri maşın sürətlə gəlirdi. Yığışdıra bilmədi, gəldi “KamAZ”ın altına girdi”, – yük avtomobilinin sürücüsü deyib.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü Pərviz Hüseynov və sərnişinlər – Lalə Hüseynova, Mehriban Hüseynova, Xoşbəxt Hüseynova və Vasif İsayev dünyasını dəyişib.
Qeyd edək ki, ölən şəxslərdən biri – Xoşbəxt Hüseynova sentyabrın 24-də toyu planlaşdırılan bəyin bacısıdır. Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Yol-nəqliyyat hadisəsi teqi istifadə olunub
- Kameraya düşən təhlükəli anlar: Qırmızı işığı saymadı - 24 SAAT
- "Xəstəsən sən?!" | Söyüş söydü, maşını ilə digərinin üstünə çıxdı | Zərərçəkən danışdı - Baku TV
- Hadisə nəticəsində sürücü həlak oldu
- Şəmkirdə minik maşının ağaca çırpılması nəticəsində ölən həkimin görüntüləri
- Kürdəmirdə ağır qəza | Hadisə yerindən görüntülər
