Saxta sənədlərlə götürülən yanacaq və yağ külli ziyana səbəb olub - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Dəmir Yolları" QSC-nin iki il əvvəl həyata keçirdiyi daxili nəzarət tədbirləri nəticəsində yanacaq və yağın mənimsənilməsi ilə bağlı müəssisəyə külli miqdarda ziyan vurulması faktı üzrə iki vəzifəli şəxs həbs edilib.
Məlumata görə, 2 il öncə ADY-nin vaxtilə mövcud olmuş struktur bölməsi – Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinist təlimatçısı Famil Soltanovun əlbir olaraq lokomotivlərin hərəkətinin təmin edilməsi üçün ayrılmış yanacaq və yağı mənimsədikləri aşkar edilib.
ADY bununla bağlı Baş Prokurorluğa müraciət edib və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.
İstintaq zamanı müəyyən edilib ki, E.Sadıqov və F.Soltanov 15 yanvar 2022-ci il – 6 iyun 2023-cü il tarixləri arasında marşrut vərəqələrinə faktiki olaraq həyata keçirilməmiş reysləri daxil edərək təminat məntəqəsindən yanacaq və yağ götürməklə onları mənimsəyiblər. Nəticədə, ADY-yə külli miqdarda maddi ziyan dəyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs həbs edilib.
#Azərbaycan Dəmir Yolları QSC teqi istifadə olunub
- Yeni Suraxanı-Hövsan xəttində hansı işlər görülüb? | ADY rəsmisindən açıqlama - Baku TV
- Həccə gedəcək azərbaycanlılarla bağlı yenilik | Bakı-Tbilisi qatarını kimlər seçir? - YENİ BİR SƏHƏR
- Şad xəbər: Tbilisiyə qatar bileti ucuzlaşdı | Bakıda daha bir yol təmirə bağlanır - YENİ BİR SƏHƏR
- Tbilisiyə daha sərfəli qiymətə getmək mümkün olacaq - Baku TV
- ADY yükdaşıma imkanlarını artırmaq üçün lokomotiv parkını yeniləyir - Baku TV
