Sel suları Lazada fəsadlar törədib
Yeniliklərdən dərhal xəbərdar olun
Qusar rayonunun turistik mərkəzi sayılan Laza kəndində güclü yağıntılar nəticəsində yaranan sel suları ciddi fəsadlara yol açıb. Baku TV-nin hadisə yerindən hazırladığı materialda qeyd olunur ki, kəndin yuxarı hissəsindəki şəlalələrdən gələn palçıqlı sel kütləsi yolları keçilməz hala salıb və piyada körpüsünü uçurub. Ekoloq-hidroloqların rəyinə görə, Böyük Qafqazın çayları üçün xarakterik olan bu palçıqlı sel hadisəsi vulkan lavalarını xatırladan hərəkəti ilə sakinlərdə təşviş yaradıb. Aidiyyəti dövlət qurumları dərhal əraziyə cəlb olunaraq lil-palçıq qatının təmizlənməsi və yollarda hərəkətin bərpası istiqamətində işlərə başlayıblar. Hadisə nəticəsində yaşayış evlərinə ciddi ziyan dəyməsə də, infrastruktur və nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşıb.
#Qusar teqi istifadə olunub
- Qusarda insanlar panikada | Çaqqallar kənd sakinlərinə hücum etdi - Baku TV CANLI
- "Anidən üstümə cumdu..." | Xəsarətalan 3 nəfər xəstəxanaya yerləşdirilib - Baku TV
- Qusarda ev yandı | 83 yaşlı qadın dünyasını dəyişdi - Baku TV
- Dəhşətli cinayət | Qətlə yetirilən şəxsin meyiti başqa rayondan tapıldı - Baku TV
- Qusarda tapılan qadın meyiti ilə bağlı hansı təfərrüatlar üzə çıxıb? - ANA XƏBƏR
