Sələm üstündə qayınanasını amansızlıqla öldürən kişiyə hökm oxundu - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda sələmçini 23 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Mehdiyev məhkəməyə təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Müşavirədən sonra hökm elan edilərək Elçin Vəliyev 17 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 5 sentyabr 2025-ci ildə baş verib. 57 yaşlı Elçin Vəliyev Təravət Cəfərxanovaya 23 bıçaq zərbəsi endirərək onu qətlə yetirməkdə təqsirləndirilir. Məlum olub ki, Elçinin keçmiş qayınanası olan Təravət Cəfərxanova sələmçiliklə məşğul olub. Təqsirləndirilən şəxs ondan sələmə pul götürüb və onu vaxtında qaytarmadığı üçün tərəflər arasında mübahisə yaranıb.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV
- Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV
- Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV
- Dövlətə xəyanət və hakimiyyəti ələ keçirmə | Məhkəmə hansı qərarı verdi? - Baku TV CANLI
- "Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV
