Şəmkirdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı 16 yaşlı qız saxlanılıb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirdə 12 yaşlı qız bıçaqlanaraq öldürülüb.
Hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.
Namazovlar ailəsinin qız övladı ağır bıçaq xəsarətləri ilə yaşadığı evin həyətyanı sahəsində aşkarlanıb. Azyaşlı ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, hadisədən əvvəl qızın ailəsi onun itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Bir qədər sonra isə azyaşlı yaşadıqları evin həyətində yaralı vəziyyətdə tapılıb. Qətli törətməkdə mərhumun özündən dörd yaş böyük yeniyetmə bacısı şübhəli bilinir.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən mərhum azyaşlının 16 yaşlı bacısı saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
#Şəmkir teqi istifadə olunub
- "Dedi, get müavinin yanına" | Vətəndaşı qovan idarə rəisi niyə işdən çıxarıldı? - Baku TV
- 2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT
- “Mənim evimə əxlaqsızı gətirmə!” | Şəmkirdə şok hadisə: “Vurub dedi ki, səni öldürəcəyəm!” - Baku TV
- Şəmkirdə dəhşətli hadisə: Valideynini təhdid edən oğul evi yandırdı? - Baku TV CANLI
- 1 illik KT cihazı artıq işləmir... | Yaranan problemin arxasındakı səbəb nədir? - Baku TV
