Şəmkirdə törədilən dəhşətli qətlin təfərrüatları
Yeniliklərdən dərhal xəbərdar olun
2012-ci il iyulun 18-də Şəmkir Rayon Polis Şöbəsinə Səməd Vurğun küçəsi, ev 149-da yaşayan 29 yaşlı Yunis Hüseynovun itkin düşməsi barədə ərizə daxil olub.
Axtarılan şəxsin Çənlibel kəndində qətlə yetirildiyi müəyyənləşib. Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Qətli törətməkdə şübhəli bilinən kənd sakini Xəyal Verdiyev saxlanılıb.
Hadisə yerinə baxış zamanı o, cinayət aləti olan baltanı təqdim edərək, Yunis Hüseynovu anası ilə birlikdə öldürdüyünü bildirib. Mərhumun meyiti həyətdəki ayaqyolu quyusundan çıxarılıb. Məhkəmə-tibbi ekspertiza Yunis Hüseynovun bədənində 9 yara aşkarlayıb. Ölümünə isə ağır kəllə-beyin travması nəticəsində beyin toxumasının əzilməsi səbəb olub.
İyulun 20-də 26 yaşlı Xəyal, 21-də isə 49 yaşlı Sevil Verdiyevlər barəsində həbs qətimkan tədbiri seçilib.
Xəyal və Sevil Verdiyevlər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olaraq, xüsusi amansızlıqla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədilə və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə maddələri ilə təqsirləndirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyal Verdiyev 15, Sevil Verdiyeva 13 il müddətinə azadlıqdan məhrum olunub. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
