Sərxoş vəziyyətdə maşın sürən kişi görün nələr etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Qazax avtomobil yolunun Ağdaşdan keçən hissəsində rayon sakini Vahid Xaspoladov idarə etdiyi VAZ markalı avtomobillə qayda pozuntusuna yol verdiyi üçün Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı həmin şəxsin avtomobili idarə etmək hüququnun olmaması, eləcə də alkoqollu içki qəbul etməsi müəyyən olunduğundan o, tibbi müayinədən keçməyə dəvət edilib. Lakin Vahid Xaspoladov məsuliyyətdən yayınmaq məqsədilə polisə tabesizlik göstərib, avtomobilini yandıracağını deyərək, süni gərginlik yaratmağa çalışıb.
Törətdiyi əməllərlə bağlı müvafiq sənədləşdirmə aparılaraq ərazi polis orqanına təhvil verilən Vahid Xaspoladov məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.
#Ağdaş teqi istifadə olunub
- Ağdaşda kənd təsərrüfatı məhsullarının satışı təşkil olunub - Baku TV
- Ağdaşda bir ailəni evsiz qoyan dəhşətli yanğın - Baku TV CANLI
- Ağdaşda fərdi yaşayış evində baş verən yanğında ana və iki uşağı xəsarət aldı - Baku TV
- Tələbə yoldaşının toyuna gedən İlkin niyə qətlə yetirildi? - Baku TV CANLI
- Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV
