Sevgilisini qətlə yetirən qadının məhkəməsində nələr baş verdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Özündən 10 yaş kiçik sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Ruhiyyə Tahirovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Təqsirləndirilən şəxsin vəkili Nicat İmanov müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Qeyd edək ki, ötən il mayın 30-da səhər saat 9 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birində 38 yaşlı İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 48 yaşlı Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, sevgililər arasında mübahisə şəxsi münasibətlər zəminində baş verib. Ruhiyyə Tahirovaya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
