Sevgilisinin qatilinə çevrilən qadına hökm oxundu | Bakıda dəhşətli cinayət
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda özündən 10 yaş kiçik sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Ruhiyyə Tahirovanın cinayət işi üzrə məhkəməsinin yekun prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ruhiyyə Tahirova 10 il müddətində azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən Ruhiyyə Tahirovanın 12 il 6 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə ötən il mayın 30-da paytaxtın Sabunçu rayonu ərazisində baş verib. 1986-cı il təvəllüdlü Samir İsrəfilovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1976-cı il təvəllüdlü Ruhiyyə Tahirovanın aralarında yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Samir İsrəfilova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
