Şeytanı belə şoka salan əməl | İntim görüntülərlə hədə-qorxu gəldi, sonra isə...
“TikTok”da feyk qadın profilləri yaradaraq vətəndaşların qeyri-etik, intim görüntülərini əldə edib onlardan hədə-qorxu ilə pul tələb edən şəxs polis əməkdaşları tərəfindən ifşa olunub və onun qanunsuz əməllərinin qarşısı alınıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şübhəli şəxs xüsusi kiber üsul və vasitələrdən istifadə etməklə domeni gizlədilən profillər vasitəsilə hədəf seçdiyi dövlət qulluğunda çalışan şəxslərin etibarını qazanıb, əldə etdiyi görüntüləri yayacağı ilə hədələyərək müxtəlif məbləğlərdə pul tələb edib.
Vətəndaşların DİN-ə müraciətləri əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalarla həmin profilləri idarə edən 1998-ci il təvəllüdlü Şamil Fətullayev müəyyən edilərək saxlanılıb və məsuliyyətə cəlb olunub.
İlkin məlumata görə, o, cinayətkar fəaliyyətə 700 manatdan başlayan qanunsuz pul tələbləri ilə başlayaraq məbləği daha da artırıb.
Fakt üzrə Şamil Fətullayevə qarşı Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham elan olunub və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV
- DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım etdi - Baku TV
- Türkiyə mediasında yayılan məlumata DİN-dən rəsmi açıqlama - Baku TV
- Şirvanda oğurluq hadisəsi | 35 yaşlı şübhəli saxlanıldı - Baku TV
- Hövsan yolunda xaos | Əks zolağa çıxan sürücülər hərəkəti iflic etdi - Baku TV
