Pleyeri seçin:
Şirvanda oğurluq hadisəsi | 35 yaşlı şübhəli saxlanıldı - Baku TV
Şirvanda yerləşən inşaat materiallarının satışı mağazalarının birindən 18 327 manat və 800 ABŞ dolları oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 35 yaşlı Valid Əhmədov saxlanılıb.
Saxlanılan şəxsin həmin mağazadan oğurluq etməyi qabaqcadan planlaşdırdığı, hadisə zamanı isə maska və əlcəkdən istifadə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb. Valid Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Kopyalandı
#Şirvan teqi istifadə olunub
- 5 qadının aqibəti necə oldu? - Qorxunc hadisədən sonra restoran bağlandı - Baku TV
- "Baku TV"nin süjetindən sonra qurumlar hərəkətə keçdi - Baku TV
- Şirvanda bıçaqlanma hadisəsi | Araşdırma aparılır - Baku TV CANLI
- "Azərsilah"ın Şirvandakı zavodunda baş verən partlayışla bağlı təcili xəbər - CANLI
- Şirvanda avtomobillər toqquşdu | Ölən və yaralananlar var
