Siyəzəndə dəhşətli partlayış baş verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 42 m² olan birotaqlı mənzildə yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
İlkin ehtimala görə, hadisəyə səbəb məişət qazının sızması olub. Partlayış dalğasının zərbəsindən mənzilin pəncərə çərçivələri yerindən çıxıb, divarlarda çatlar əmələ gəlib, mənzilə ciddi ziyan dəyib.
Hadisə nəticəsində ikisi azyaşlı olmaqla üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
#Siyəzən teqi istifadə olunub
- Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI
- Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl
- "Bağlamışdılar ki, gediş-gəliş olmasın" | Körpü uçdu, rayon mərkəzi ilə əlaqə kəsildi - Baku TV
- Göy qurşağının yaratdığı füsunkar mənzərə
- Siyəzəndə sel fəlakəti: Sürücülərə alternativ yoldan istifadə etmək tövsiyə olunur - Baku TV
