Söyüşə görə qayınatasını qətlə yetirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Qeyri-rəsmi nikahda yaşadığı qadının atasını öldürən Taleh Heydərovun cinayət işi üzrə istintaq yekunlaşıb.
Araşdırmalar zamanı məlum olub ki, dünyasını dəyişən 1978-ci il təvəllüdlü Qabil Qəmbərov onu qətlə yetirən 35 yaşlı Taleh Heydərovla qohumdur. Taleh Heydərov Qabil Qəmbərova ümumilikdə 6 bıçaq zərbəsi endirib. Axırıncı zərbədən sonra Qabil arxaya, yerə yıxılıb. Taleh Heydərov həmin gecə küçədə gecələyib. Növbəti gün Balaxanı qəsəbəsində 5 manata narkotik vasitə alıb, qəbul edib. Daha sonra yaşadığı evə qayıdıb. Qonşusunun telefonundan qardaşına zəng edib, sonra 31-ci Polis Bölməsinə gedərək, təslim olub.
Qeyd edək ki, əvvəllər də məhkum olunmuş Taleh Heydərov bildirib ki, hadisə yerinə gedərkən Qabil Qəmbərovu öldürmək niyyəti olmayıb. Onunla görüşməkdə məqsədi valideynlərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün üzr istəməsini tələb etmək olub. Hadisə yerindən qaçanda Qabilin yaralandığını ehtimal edib, onun öləcəyini düşünməyib. Məhkəmə iclasında Taleh Heydərov özünü qismən təqsirli bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Mirhüseyn Qəmbərov bildirib ki, təqsirləndirilən şəxslə barışmayıb. Məhkəmədən ona ən ağır cəza verilməsini xahiş edib. T
Taleh Heydərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli Cəza Çəkmə Müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.
#Cinayət teqi istifadə olunub
- "Səbəbsiz olmayıb ki..." | Bakıda kişi niyə qəsdən qonşusunun üzərindən maşınla keçdi? - Baku TV
- Bakıda qandonduran qətl | "Anası və övladlarının gözü qarşısında..." - Baku TV
- Qırğızıstanda yeni qanun layihəsi ictimai müzakirəyə çıxarılıb
- Azyaşlının törətdiyi cinayətə görə günahkar kimdir? - "Uşaq elə filmlərə baxmamalıdır" - Baku TV
- Onlar təhlükədir, yoxsa gələcəyimiz? | Azyaşlı cinayətkarların gizli psixologiyası - Baku TV
