Sözləri çəp gəldi, sürücünün həyatına son qoydu | Cinayətkar məhkəmə qarşısında
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda mübahisə zəminində 25 yaşlı gənci öldürməkdə təqsirləndirilən Həsənağa Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edərək təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkil müdafiə çıxışı etdikdən sonra müttəhimə son söz verilib. Prosesin sonunda isə hökm elan edilib. Hökmə əsasən, Həsənağa Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2023-cü ilin noyabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb. 29 yaşlı Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tərəflər arasında mübahisənin idarə etdikləri avtomobillərlə üz-üzə gələrək, bir-birlərinə yol verməməsi səbəbindən baş verdiyi bildirilir. Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
#Cinayət işi teqi istifadə olunub
- Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV
- Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Xalq artistinin kürəkəni hansı əməldə ittiham olunur? - Cinayət işinin təfərrüatları - Baku TV
- Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə hansı ittihamla həbs edildi? - Baku TV CANLI
