Pleyeri seçin:
Suriya nömrəsi ilə zəng edib bank kartında olan pulunu ələ keçirdilər
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Daha bir Azərbaycan vətəndaşı kiberdələduzluğa məruz qalıb. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat yayıb.
Qurum rəsmisi bildirib ki, Suriya qeydiyyatlı nömrə ilə zəng edən naməlum şəxs qarşı tərəfə yalan vəd verməklə bank kartında olan pulunu ələ keçirib.
“Deyiblər ki, 1 milyon 700 min dollar pul var, onu Azərbaycana köçürə bilmirik. Bank kartı məlumatlarını bizə verin, ora göndərək, 700 min sizin olacaq. Sizinlə orada əlaqə saxlanılıb 1 milyon dolları təhvil alacaqlar. Vətəndaş bütün məlumatları həmin şəxsə verib, 5 saniyə ərzində bank kartında olan 7377 manat pul çıxarılıb”, – deyə qeyd edən Elşad Hacıyev hər kəsi kibercinayətkarlardan qorunmağa çağırıb.
Kopyalandı
#Kiberdələduzluq teqi istifadə olunub
- DTX saxta mesaj və hesablarla bağlı xəbərdarlıq edir - Baku TV
- “Ağlı başında olan fikirləşər ki...” | Bir anda varlanmaq istəyənlər necə tələyə düşür? - Baku TV
- Kiberdələduzlar yeni üsula əl atdı | Şəxsi məlumatlarınız ələ keçirilə bilər - Baku TV CANLI
- Saxta profillər, bank kartları, qumar saytları – böyük şəbəkə üzə çıxdı - Baku TV CANLI
- Dövlət qulluqçuları və polis əməkdaşlarının adından insanları belə aldadırmışlar - Baku TV
