Tanışlarını qətlə yetirib meşədə basdıranlara hökm oxundu | Cinayətin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
2018-ci il iyunun 11-də Xaçmaz rayonunda ağır cinayət hadisəsi törədilib.
Həmin gecə polis şöbəsinə könüllü gələn Şahin İmamov 10 gün əvvəl tanışı Elburus Abdullayevlə birlikdə şəhər sakini Mirzağa Əzizovu öldürüb, meyitini meşədə basdırdıqlarını etiraf edib.
Hadisə yerinə baxış zamanı cəsəd göstərilən quyudan çıxarılaraq patoloji anatomiya şöbəsinə apaılıb. Qətldə iştirak edən Elburus Abullayev də saxlanılıb.
İstintaqla müəyyən edilib ki, Elburus Abdullayev tanışı Mirzağa Əzizova olan 4 500 manat borcundan yaxa qurtarmaq və onun yaşadığı mənzildə olan 5 500 manat pulu ələ keçirməklə onu öldürmək qərarına gəlib. Niyyətini həyata keçirməyi şəhər sakini Şahin İmamova təklif edib. Mayın 31-i saat 12 radələrində zəngləşib, görüşdən sonra Mirzağa Əzizovu aldadıb, onun idarə etdiyi avtomobillə rayonun Əbilyataq kəndində yerləşən meşə massivinə gətiriblər. Orda balta ilə həmin şəxsin başına zərbələr vurub, onu qazdıqları quyuya atıblar.
Ardınca huşsuz halda olan M.Əzizovun baş və boyun nahiyələrinə belin iti hissəsi ilə əlavə zərbələr endirib, onu xüsusi amansızlıqla qəsdən öldürüblər. Mərhumun şalvarının cibindən onun yaşadığı mənzilin açarını götürüb, meyiti cinayətin alətləri ilə birgə quyuda basdırıblar. Sonra öldürdükləri şəxsin evinə gedib, maneəsiz ona məxsus pulları və başqa ölkəyə getməsi görüntüsünü yaratmaqdan ötrü xarici pasportunu götürüblər. Həmin gün birlikdə Bakı şəhərinə gedərək, yolda pasportun vərəqlərini cırıb, məhv ediblər.
Məhkəmə iclasında Şahin İmamov və Elburus Abdullayev ittihamlar üzrə özlərini təqsirli biliblər.
Zərərçəkən şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ağır cəza verilməsini xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Elburus Abdullayev və Şahin İmamov qəti olaraq 19 il müddətinə azadlıqdan məhrum olunublar.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
