Pleyeri seçin:

Telefonunu taksidə unutdu, geri ala bilmir, çünki... | "Taksi şirkəti borclu idi ki..." - Baku TV

05 fevral 2026 600 baxış

Baku TV-nin qaynar xəttinə şikayət edən vətəndaş bildirir ki, yanvar 10-da taksidən düşərkən telefonunu orada unudub. Sifarişi isə tanımadığı bir şəxs verdiyi üçün sürücü ilə bağlı heç bir məlumat əldə edə bilmir.

Məsələ ilə bağlı “Bolt”a müraciət etdikdə sifarişin başqa adamdan gəldiyini əsas gətirərək kömək edə bilməyəcəkləri cavabını alır.

Mövcud vəziyyətlə bağlı “Bolt” şirkətindən bildirilib ki, itirilmiş əşyalarla bağlı müraciətlərin araşdırılması üçün istifadəçilərdən şikayəti tətbiq üzərindən göndərmək xahiş olunur:

“Tətbiqdə sifariş olmadığı, həmçinin avtomobilin nömrəsi və ya sürücünün ad və soyadı məlum olmadığı hallarda sürücü ilə əlaqə saxlamaq və məsələni araşdırmaq mümkün olmur”.

Bəs belə məqamlar yarandıqda nə etmək lazımdır?

Hüquqşünas Mircavid Miriyev bildirib ki, Mülki Məcəllənin 186.1-ci maddəsinə əsasən, itirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirən şəxsə və ya səlahiyyətli quruma məlumat verməli, əgər mülkiyyətçi məlum deyilsə, dərhal polisi xəbərdar etməli və həmin əşyanı təhvil verməlidir:

“Telefonun sahibi məlumdursa, taksi sürücüsü sifarişi verən şəxsin təsdiqini də nəzərə alaraq telefonda mövcud hesabların həmin şəxsin adına olub-olmadığını yoxladıqdan sonra onu sahibinə qaytarmalı idi. Taksi şirkəti vətəndaşın şikayətini araşdırmağa və həll etməyə borcludur. Araşdırmadan imtina edilməsi həm qanunvericiliyin tələblərinə ziddir, həm də xidmətin düzgün təşkil edilməməsi kimi qiymətləndirilir. Əgər məsələ həllini tapmazsa, vətəndaş polisə müraciət edərək mövcud məlumatları təqdim etməlidir. Bu halda polis araşdırma apararaq zəruri tədbirlərin görülməsini təmin edəcək”.

Banner
Sumqayıtdakı narahatedici hadisə ilə bağlı hansı detallar açıqlandı? - Baku TV

Sumqayıtdakı narahatedici hadisə ilə bağlı hansı detallar açıqlandı? - Baku TV

Hadisə
10 oktyabr 2026 600 baxış
"Dedilər ki, mətbəxdə qısaqapanma olub" | Abşeronda yaşayış binasında yanğın baş verib - Baku TV

"Dedilər ki, mətbəxdə qısaqapanma olub" | Abşeronda yaşayış binasında yanğın baş verib - Baku TV

Hadisə
09 oktyabr 2026 600 baxış
Antibiotik vurulan 12 uşağın səhhətində ciddi ağırlaşma yaranıb - Baku TV

Antibiotik vurulan 12 uşağın səhhətində ciddi ağırlaşma yaranıb - Baku TV

Hadisə
09 oktyabr 2026 600 baxış
Beyləqanda dərs zamanı hazırlanan yemək şagirdləri xəstəxanalıq etdi - Baku TV CANLI

Beyləqanda dərs zamanı hazırlanan yemək şagirdləri xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
09 oktyabr 2026 600 baxış
Sumqayıtda kütləvi zəhərlənmə | Uşaqlar bir iynəyə görə xəstəxanalıq oldu? - Baku TV

Sumqayıtda kütləvi zəhərlənmə | Uşaqlar bir iynəyə görə xəstəxanalıq oldu? - Baku TV

Hadisə
09 oktyabr 2026 600 baxış
Binədəki qətl hadisəsi ilə bağlı təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

Binədəki qətl hadisəsi ilə bağlı təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

Hadisə
09 oktyabr 2026 600 baxış
Cəbrayılda bir gündə iki mina partlayışı baş verib - Baku TV

Cəbrayılda bir gündə iki mina partlayışı baş verib - Baku TV

Hadisə
09 oktyabr 2026 600 baxış
Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV

Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV

Hadisə
09 oktyabr 2026 600 baxış
Cəbrayılda ard-arda baş verən mina partlayışları ilə bağlı rəsmi məlumat yayıldı - Baku TV

Cəbrayılda ard-arda baş verən mina partlayışları ilə bağlı rəsmi məlumat yayıldı - Baku TV

Hadisə
09 oktyabr 2026 600 baxış
Abşeron klinikasında bıçaqlanma hadisəsi baş verib - Baku TV CANLI

Abşeron klinikasında bıçaqlanma hadisəsi baş verib - Baku TV CANLI

Hadisə
08 oktyabr 2026 600 baxış
Seçilmişlər
icon