Terminalı götürəndən sonra çox gedə bilmədik... | Oğrular hər şeyi danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Qabaqcadan əlbir olan bir qrup şəxs gecə saatlarında marketlərdən birinin qapısını sındıraraq içəridə olan ödəmə terminalını talayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər – 1997-ci il təvəllüdlü Şamxal Qarayev, 1991-ci il təvəllüdlü Kamil Əliyev və 1997-ci il təvəllüdlü Rəsul Rzayev saxlanılıblar.
Dəstə üzvləri məsuliyyətdən və kameralardan yayınmaq məqsədilə hadisədən əvvəl başqa nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını oğurlayaraq K.Əliyevin avtomobilinə bağlayıblar. R.Rzayev isə marketi kənardan müşahidə edərək digərlərinə obyektin bağlanma saatı barədə məlumat verib. Dəstə üzvləri hadisədən sonra ərazini tərk edən zaman idarə etdikləri avtomobillə qəzaya düşdüklərindən onlar terminalı nəqliyyat vasitəsinin yük yerində qoyaraq oradan uzaqlaşıblar.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
#Oğurluq hadisəsi teqi istifadə olunub
- Şirvanda oğurluq hadisəsi | 35 yaşlı şübhəli saxlanıldı - Baku TV
- Suraxanıda market və evi qarət edən şəxs necə tutuldu? - Baku TV CANLI
- Maştağada 2 nəfər neft kəmərindən oğurluğa cəhd etdi | Yanğın oldu - Baku TV
- İspaniyada Tunc dövrünün məşhur xəzinəsi qarət edildi
- Fransada son bir ayda üç muzey qarət edilib
