Tovuzda dəhşətli hadisə | Bağça müdiri bıçaqlandı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzda qadına kəsici alətlə xəsarət yetirilib. Hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb.
Xəsarət alan şəxsin kənddəki körpələr evinin müdiri 43 yaşlı Şəlalə Abdullayeva olduğu bildirilir.
İlkin məlumata görə, keçmiş həyat yoldaşı işdə ona kəsici alətlə xəsarət yetirib. Qadına dərhal tibbi yardım göstərilib və vəziyyətinin normal olduğu bildirilir.
Zərərçəkənin anasının sözlərinə görə, bu hadisə artıq bir neçə dəfə təkrarlanıb:
"Bundan əvvəl də 2-3 dəfə bıçaqla gəlib qızımı öldürmək istəyib. Qızım polisə müraciət etməmişdi, gərək edəydi. Oğlan narkomandır. Rəsmi şəkildə ayrılıblar".
Hadisə müdirin iş otağında baş verib. Kollektivdən bildirilib ki, Şəlalə Abdullayevanın keçmiş həyat yoldaşı Elşən Bağırov onun iş otağına girib, bir müddətdən sonra ona xəsarət yetirib. Qadına kollektiv tərəfindən yardım göstərilib:
"Bir neçə gündür zəng edərək "səni öldürəcəyəm" deyirdi. Bu dəfə əlində bıçaqla gəldi ki, sən yaşamayacaqsan. Hadisə uşaqların gözü qarşısında baş verdi".
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
#Tovuz teqi istifadə olunub
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI
- Tovuzda şübhəli ölüm: "Qapını bağlayıb, çimməyə girib" | Hadisənin əsl səbəbi nədir? - Baku TV
- Siniflər birləşdirildi, yüksək bal toplayan müəllim niyə kənarda qaldı? - Baku TV CANLI
