Tovuzda qızların da olduğu kütləvi dava avtoqəza ilə bitti
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzda iki nəfər arasında yaranan mübahisə kütləvi davaya çevrilib.
Hadisə gecə saatlarında fəaliyyət göstərən çay evlərinin birinin qarşısında baş verib. Nəticədə rayonun Qovlar şəhər sakini 26 yaşlı Xəyal İsmayılov bıçaq xəsarətləri alıb.
Məlumata görə, kütləvi dava zamanı yüngül xəsarət alanlar da olub. Onlara isə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, kütləvi davadan sonra avtomobillə ərazidən uzaqlaşmaq istəyən şəxslər Qovlar şəhəri ərazisində qəza törədiblər. Belə ki, onların olduğu “Kia” markalı minik maşını yol kənarındakı traktora çırpılıb. Nəticədə sürücü 29 yaşlı Hüseyn Əliyev, 32 yaşlı Tural Tağıyev, 25 yaşlı Günay Babayeva və 19 yaşlı Sənan Məmmədalıyev ağır xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda hər iki hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma başlanılıb.
#Tovuz teqi istifadə olunub
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI
- Tovuzda şübhəli ölüm: "Qapını bağlayıb, çimməyə girib" | Hadisənin əsl səbəbi nədir? - Baku TV
- Siniflər birləşdirildi, yüksək bal toplayan müəllim niyə kənarda qaldı? - Baku TV CANLI
