Pleyeri seçin:
Toydan sonra kütləvi zəhərlənmə | Qurumlar araşdırmalara başladı
İmişli rayonunun Muradxanlı kəndində keçirilən toy mərasimindən sonra kütləvi qida zəhərlənməsi baş verib. Hadisə nəticəsində ümumilikdə 55 nəfər zəhərlənmə şübhəsi ilə tibb müəssisələrinə müraciət edib.
Zərərçəkənlərdən 20 nəfəri (13 qadın, 7 kişi, o cümlədən 4 uşaq) rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstələr əsasən ürəkbulanma, yüksək qızdırma və ishal şikayətləri ilə daxil olublar. Hazırda onların vəziyyəti stabildir və müalicələri davam edir. Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb. Toyun keçirildiyi evdən qida nümunələri götürülüb və müvafiq ekspertizalar təyin edilib.
Kopyalandı
#İmişli teqi istifadə olunub
- Masallı və İmişlidə böyük əməliyyat | Külli miqdarda narkotik götürüldü - Baku TV CANLI
- İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV
- İmişlidə yeni açılan DOST filialı yerli sakinlərə operativ xidmət təmin edəcək - Baku TV
- İmişlidə ticarət obyektində güclü yanğın baş verib - Baku TV
- İmişlidə 17 yaşlı şagird çayda bataraq həyatını itirdi - Baku TV
