Pleyeri seçin:

Toyuq dönəri yeyib zəhərləndilər | 27 nəfər xəstəxanalıq oldu

07 may 2024 298 baxış

Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənənlərin sayının 25-dən çox olduğu bildirilir.

İlk olaraq xəstəxanaya zəhərlənmə əlamətləri ilə Mosul kənd sakini Aynur Məmmədova və onun 2 övladı – 15 yaşlı Ravil Məmmədov və 12 yaşlı Ruslan Məmmədov müraciət ediblər. Müayinə zamanı ana və 2 övladının dönər yedikdən sonra vəziyyətlərində narahatlıq yarandığı məlum olub.

Daha sonra isə eyni əlamətlərlə rayonun Muxax, Aşağı Tala kəndləri və başqa ərazilərdən bir neçə nəfər xəstəxanaya daxil olub. Hazırda zərərçəkənlərə tibbi yardımın göstərilməsi davam edir. İlkin ehtimala görə, zəhərlənmə toyuq ətindən hazırlanan dönərdən baş verib.

Dönərxana sahiblərindən biri Rəsul Fətəliyev deyib ki, toyuq ətini həmişə aldığı yerdən götürüb:

“Bu gün 200 nəfərə dönər satılıb, əmin olmaq üçün öz kollektivimiz də, mən də yemişəm. Toyuq dönəridir, toyuğun problemidir. Hər gün götürdüyümüz şirkətindir, sertifikatı da var. Ümid edirəm başqa problem olmaz”.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.

Banner
"Kiminsə haqqı yoxdur ki, ona elə davransın" | Yeddinci mərtəbədən iti atdı, sonra isə... - Baku TV

"Kiminsə haqqı yoxdur ki, ona elə davransın" | Yeddinci mərtəbədən iti atdı, sonra isə... - Baku TV

Hadisə
05 oktyabr 2026 298 baxış
Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV

Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV

Hadisə
05 oktyabr 2026 298 baxış
Müşfiqabadda dəhşətli hadisə | İti hündürmərtəbəli binadan atan şəxs saxlanıldı - Baku TV CANLI

Müşfiqabadda dəhşətli hadisə | İti hündürmərtəbəli binadan atan şəxs saxlanıldı - Baku TV CANLI

Hadisə
05 oktyabr 2026 298 baxış
"Heç kimlə problemi yox idi..." | Biləsuvarda qohumlar arası dava faciəyə çevrildi - Baku TV

"Heç kimlə problemi yox idi..." | Biləsuvarda qohumlar arası dava faciəyə çevrildi - Baku TV

Hadisə
05 oktyabr 2026 298 baxış
Biləsuvarda qanlı hadisə | 26 yaşlı kənd sakini davanın qurbanı oldu - Baku TV CANLI

Biləsuvarda qanlı hadisə | 26 yaşlı kənd sakini davanın qurbanı oldu - Baku TV CANLI

Hadisə
05 oktyabr 2026 298 baxış
Ağdaşda bir ailəni evsiz qoyan dəhşətli yanğın - Baku TV CANLI

Ağdaşda bir ailəni evsiz qoyan dəhşətli yanğın - Baku TV CANLI

Hadisə
05 oktyabr 2026 298 baxış
Ağdaşda fərdi yaşayış evində baş verən yanğında ana və iki uşağı xəsarət aldı - Baku TV

Ağdaşda fərdi yaşayış evində baş verən yanğında ana və iki uşağı xəsarət aldı - Baku TV

Hadisə
05 oktyabr 2026 298 baxış
Abşeronda baş verən partlayışın təfərrüatı bilindi - Baku TV

Abşeronda baş verən partlayışın təfərrüatı bilindi - Baku TV

Hadisə
04 oktyabr 2026 298 baxış
Yaşayış binasında baş verən partlayışla bağlı araşdırma başlandı - Baku TV CANLI

Yaşayış binasında baş verən partlayışla bağlı araşdırma başlandı - Baku TV CANLI

Hadisə
04 oktyabr 2026 298 baxış
Suraxanıda bədbəxt hadisə | Ev uçdu, bir nəfər öldü - Baku TV

Suraxanıda bədbəxt hadisə | Ev uçdu, bir nəfər öldü - Baku TV

Hadisə
04 oktyabr 2026 298 baxış
Seçilmişlər
icon