Ünvanına nalayiq sözlər deyən sevgilisini amansızlıqla qətlə yetirdi: Dəhşətli təfərrüatlar
Yeniliklərdən dərhal xəbərdar olun
2022-ci il iyulun 3-ü saat 18:00 radələrində 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanın çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Yeni Zığ yaşayış kompleksi, bina 6, mənzil 18-ə baxış keçirilib.
İstintaqla müəyyən edilib ki, iyulun 3-ü saat 14:00 radələrində Sahil Məmmədov sevgi münasibətlərində olduğu Aynurə Əliyarovanın son günlər onunla əlaqələrini kəsib, başqa şəxslərlə görüşməsini qısqanıdığı, həmçinin onun və ailə üzvlərinin ünvanına mobil telefonda nalayiq ifadələr işlətnməsindən qəzəblənərək ondan qisas almaq qərarına gəlib.
Bu məqsədlə qadının yaşadığı ünvana yollanıb. Aynurə Əliyarovanın qapını açmasından istifadə edərək boğazından tutub yerə yıxaraq mənzilə daxil olub. Yalvarışlarına məhəl qoymadan müstəsna dərəcədə qəddarlıqla üzərindəki məişət təyinatlı bıçaqla döş qəfəsinə, həmçinin qarın və kürək nahiyələrinə 20 dəfə zərbə vuraraq zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürüb.
Hadisədən təxminən 1 saat sonra cinayəti törədən şəxs polis əməkdaşları tərəfindən küçədə saxlanılıb.
Məhkəmə iclasında Sahil Məmmədov ittiham üzrə özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
