Pleyeri seçin:
Usta işlədiyi evdən oğurluq etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda usta işlədiyi evdən külli miqdarda oğurluq edib.
Hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində yeni tikilməkdə olan evlərin birində qeydə alınıb. Naməlum şəxs əvvəlcə evin təhlükəsizlik kameralarını yararsız hala salıb. Daha sonra oradan ümumi dəyəri 15 min manat olan sement qarışdıran qurğunun hissələrini oğurlayıb.
Əməliyyat-axtarış tədbiri ilə hadisəni törətməkdə şübhəli bilinən və sözügedən evdə usta işləyən Vüsal Həsənov saxlanılıb. Onun oğurladığı həmin metal hissələri dəyər-dəyməzinə əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.
Faktla bağlı toplanan materiallar Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Kopyalandı
#Oğurluq teqi istifadə olunub
- Tunc dövrünə aid xəzinənin oğurlanmasının əvvəlcədən planlaşdırıldığı bildirilir
- Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV
- Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV
- Braziliyada dəhşətə gətirən oğurluq baş verdi
- İtən, oğurlanan avtomobil nömrələri bərpa olunmur? - "Oğurlayıblar, indi məcburam ki..." - Baku TV
