Xaçmazda 66 yaşlı qadının həyatına amansızlıqla son qoyuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazda 66 yaşlı Yergüc kənd sakini Safura Balacayevanın evdə meyiti aşkarlanıb.
Onun xüsusi amansızlıqla öldürüldüyü məlum olub.
“Hadisə martın 20-si baş verib. Qadını yatdığı yerdə ya balta, ya da odunla 7 dəfə vuraraq qətlə yetiriblər. Kənd camaatı, qohum-əqrəba ilə heç bir düşmənçiliyi yoxdur. Yaşlı qadın idi, nə pulu, nə də qızılı var idi”, – mərhumun oğlu deyib.
Xaçmaz Rayon Prokurorluğundan verilən məlumata görə, istintaq-əməliyyat tədbirləri nəticəsində Tofiq Balacayevin aralarında yaranmış mübahisə zamanı qohumu Safura Balacayevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Tofiq Balacayev şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. İbtidai istintaq aparılır.
#Xaçmaz teqi istifadə olunub
- Xaçmazda evə dolan zərərvericilər sakinləri bezdirdi - Baku TV
- Qəhvəyi mərmər bağacığının kütləvi yayılması sakinləri çətin vəziyyətə salıb - Baku TV
- Xaçmazda 9 nəfərin xəsarət aldığı ağır qəzanın baş verdiyi yerdən görüntülər - Baku TV
- Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV
- "Gəl Dost Olaq" Çərpələng Festivalının iştirakçıları təəssüratlarını bölüşdü - Baku TV
