Xaçmazda şagirdlər arasında mübahisə qanla bitdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazda bıçaqlanma olub. Hadisə rayonun Ləçət kənd tam orta məktəbində qeydə alınıb.
Belə ki, iki məktəbli arasında yaranmış mübahisə zamanı bıçaqlanma baş verib. Təhsil müəssisəsinin 11-ci sinif şagirdinin digər şagirdə bıçaqla xəsarət yetirdiyi bildirilir.
Xəsarət alan şagird Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona hər iki budun, sol xayalığın və sol qulaq seyvanının kəsilmiş-deşilmiş yaraları diaqnozu təyin edilib.
Hazırda xəsarət alan şəxsin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub, müvafiq ekspertiza təyin edilib, hazırda araşdırmalar aparılır.
#Xaçmaz teqi istifadə olunub
- Xaçmazda evə dolan zərərvericilər sakinləri bezdirdi - Baku TV
- Qəhvəyi mərmər bağacığının kütləvi yayılması sakinləri çətin vəziyyətə salıb - Baku TV
- Xaçmazda 9 nəfərin xəsarət aldığı ağır qəzanın baş verdiyi yerdən görüntülər - Baku TV
- Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV
- "Gəl Dost Olaq" Çərpələng Festivalının iştirakçıları təəssüratlarını bölüşdü - Baku TV
