Pleyeri seçin:
Xaçmazda tapılan narkotiklər dəhşətə gətirdi | DİN-dən əməliyyat anı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyat keçirilib.
Görülən tədbirlər nəticəsində rayon sakinləri – Faiq Cəmilov, Fərid İsayev və Emin Vəlibəyov saxlanılıblar. Onlardan kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 379 kiloqram çəkidə 355 ədəd çətənə kolu aşkarlanıb.
Keçirilən digər əməliyyat tədbirləri zamanı rayon sakini Ravid Ağakişiyev də saxlanılıb. Ondan 2 ədəd tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Kopyalandı
#Xaçmaz teqi istifadə olunub
- Xaçmazda evə dolan zərərvericilər sakinləri bezdirdi - Baku TV
- Qəhvəyi mərmər bağacığının kütləvi yayılması sakinləri çətin vəziyyətə salıb - Baku TV
- Xaçmazda 9 nəfərin xəsarət aldığı ağır qəzanın baş verdiyi yerdən görüntülər - Baku TV
- Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV
- "Gəl Dost Olaq" Çərpələng Festivalının iştirakçıları təəssüratlarını bölüşdü - Baku TV
