Pleyeri seçin:

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslərin əməlləri üzə çıxdı - Baku TV

07 avqust 2026 207 baxış

Müxtəlif xarici ölkələrin informasiya sistemlərinə kiberhücumlar təşkil etməkdə şübhəli bilinən 23 yaşlı Ramil Feyziyev və 22 yaşlı Elçin Abdullazadə saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla saxlanılan şəxslərin xarici dövlətlərə məxsus çoxsaylı veb-saytların serverlərinə müdaxilələr edərək onların idarəetmə panellərinə icazəsiz giriş əldə etdikləri məlum olub.

Daha sonra məxfi məlumatları ələ keçirən bu şəxslər internet resurslarının əsas səhifələrində dəyişikliklər edib, özlərinə məxsus proqram təminatı yerləşdirərək nəzarətə götürüblər. Bununla da onlar ələ keçirdikləri internet resurslarının idarəetmə panellərinin satışını təşkil ediblər.

Araşdırma zamanı müəyyən edilib ki, R.Feyziyev ümumilikdə 2300, E.Abdullazadə isə 179 xarici veb-sayta qanunsuz müdaxilə edərək həmin internet resurslarını ələ keçiriblər.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, kiberpolis tərəfindən müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, informasiya sistemlərinə qanunsuz müdaxilə etmək, onları ələ keçirmək və ya satışını həyata keçirmək cinayət əməlidir. Bu kimi qanunsuz hərəkətlərə yol verən şəxslər həm yerli, həm də beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar.

Rəqəmsal mühitdə anonim qalacaqlarını düşünən şəxslər müasir istintaq və kiberkriminalistik imkanlar sayəsində müəyyən edilərək qanun qarşısında cavab verməyə məcbur olurlar. Unutmaq olmaz ki, yüksək texniki bilik və bacarıqlar yalnız qanuni məqsədlərə, cəmiyyətin, dövlətin və informasiya təhlükəsizliyinin qorunmasına xidmət etməlidir", – məlumatda qeyd olunub.

Ağdaşdakı silahlı insidentin təfərrüatları məlum oldu - Baku TV CANLI

Ağdaşdakı silahlı insidentin təfərrüatları məlum oldu - Baku TV CANLI

Hadisə
21 sentyabr 2026 207 baxış
14 yaşlı yeniyetmə qonşusunu güllələdi? - Ağdaşda dəhşətə gətirən hadisə - Baku TV

14 yaşlı yeniyetmə qonşusunu güllələdi? - Ağdaşda dəhşətə gətirən hadisə - Baku TV

Hadisə
21 sentyabr 2026 207 baxış
Göygöldə qandonduran qətl | İki uşaq anası qısqanclığa görə qətlə yetirildi? - Baku TV

Göygöldə qandonduran qətl | İki uşaq anası qısqanclığa görə qətlə yetirildi? - Baku TV

Hadisə
21 sentyabr 2026 207 baxış
Yasamalda baş verən hadisə qorxulu anlar yaşatdı - Baku TV

Yasamalda baş verən hadisə qorxulu anlar yaşatdı - Baku TV

Hadisə
21 sentyabr 2026 207 baxış
Ramiz Mehdiyev hakim qarşısında | Məhkəmə barədə son məlumatlar - Baku TV

Ramiz Mehdiyev hakim qarşısında | Məhkəmə barədə son məlumatlar - Baku TV

Hadisə
21 sentyabr 2026 207 baxış
Astarada ağır qəza | Sürücü həyatını itirdi, oğlu və nəvələri isə yaralandı - Baku TV

Astarada ağır qəza | Sürücü həyatını itirdi, oğlu və nəvələri isə yaralandı - Baku TV

Hadisə
21 sentyabr 2026 207 baxış
Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib - Baku TV

Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib - Baku TV

Hadisə
20 sentyabr 2026 207 baxış
"12 bıçaq zərbəsi vurub" | Dəhşət: 17 yaşlı oğlan anasına niyə hücum çəkdi? - Baku TV

"12 bıçaq zərbəsi vurub" | Dəhşət: 17 yaşlı oğlan anasına niyə hücum çəkdi? - Baku TV

Hadisə
19 sentyabr 2026 207 baxış
Bakıda qandonduran hadisə | 17 yaşlı oğlan bıçaqla anasına hücum etdi? - Baku TV CANLI

Bakıda qandonduran hadisə | 17 yaşlı oğlan bıçaqla anasına hücum etdi? - Baku TV CANLI

Hadisə
19 sentyabr 2026 207 baxış
“İlk dərs günü yoxa çıxdı” | Bakıdakı bu məktəbdə nə baş verdi? - "Hay-küy saldılar ki..." - Baku TV

“İlk dərs günü yoxa çıxdı” | Bakıdakı bu məktəbdə nə baş verdi? - "Hay-küy saldılar ki..." - Baku TV

Hadisə
19 sentyabr 2026 207 baxış
Seçilmişlər
icon