Xəstəxanada dəhşətli yanğın: xəstələr təxliyə edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 26-da Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 saylı xəstəxanada yanğın baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın zirzəmidə yerləşən elektrik naqillərindən başlayıb, daha sonra bütün mərtəbələri tüstü bürüyüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və polis əməkdaşları cəlb olunub. Xəstəxanada müalicə alan xəstələr, eləcə də tibbi personal təxliyə olunub.
Qeyd edək ki, stasionar müalicədə olanlara tibbi xidmət yaxınlıqdakı səhiyyə ocaqlarında davam etdiriləcək.
Hadisə zamanı dünyasını dəyişən 60 yaşlı Nazilə Məmmədovanın ölümünün dəqiq səbəbi istintaq araşdırmaları nəticəsində müəyyən olunacaq. Elektrik şəbəkəsində yaranmış nasazlıqlar aradan qaldırıldıqdan sonra xəstəxana fəaliyyətini davam etdirəcək.
#Gəncə teqi istifadə olunub
- Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
