Pleyeri seçin:
“Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
Oktyabrın 10-da səhər saatlarından başlayaraq Lənkəran rayonunun Separadi, Tükəvilə, Zövlə, Şağlaser, Boladi kəndlərinə və Liman şəhərinə dolu yağıb. Təxminən 4-5 dəqiqə davam edən doludan sonra əraziyə intensiv yağış yağıb, güclü külək əsib.
Güclü külək daha çox rayonun Zövlə kəndinə, Nərimanabad qəsəbəsinə ziyan vurub. Zövlə kəndində 15-ə yaxın irigövdəli ağac yola aşıb. Yol bir saata yaxın bağlı qalıb. Aşan ağaclar kəndin elektrik təsərrüfatına, internet və qaz xətlərinə də ziyan vurub.
Sakinlər hadisə ilə bağlı Baku TV-yə danışıblar.
“Burada çürümüş ağaclar çoxdur. Hər külək əsəndə biri aşır və bizə maddi ziyan vurur. Külək əsən kimi evin üstü dağılır”, – onlardan biri söyləyib.
Kopyalandı
#Lənkəran teqi istifadə olunub
- Lənkəranda ağaclar aşdı, sakinlər çətin durumda qaldı - Baku TV CANLI
- Lənkəranda yol problemi | Biləsər kəndinin sakinlərinin narazılığı nə vaxt həll olunacaq? - Baku TV
- "Vəziyyətimiz çox ağırdır" | Kəndə verilən su niyə istifadəyə yararsız vəziyyətdədir? - Baku TV
- Uşaq xəstəxanalıq oldu, ana isə dedi ki... | Lənkəranda dəhşətə gətirən hadisə - Baku TV
- Lənkəranda mübahisə qanla bitdi | Yeniyetmə xəstəxanada həyatını itirdi - Baku TV
