Pleyeri seçin:

Münasibəti bərpa etmək istəmədi, canından oldu | Xəzər rayonunda dəhşətli qətl - Baku TV

07 oktyabr 2026

Xəzər rayonunun Binə qəsəbəsində qətl hadisəsi baş verib. Aralarında yaranan mübahisə zamanı 40 yaşlı Müseyib Əhmədov 24 yaşlı sevgilisi Fatimə Rəhmanzadəyə çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qətlə yetirib.

Məlumata görə, bir müddət əvvəl ailəsindən ayrılan 40 yaşlı M.Əhmədov 24 yaşlı F.Rəhmanzadə ilə tanış olub. Qısa müddət sonra cütlük kirayə mənzil tutaraq birgə yaşamağa başlayıb. Lakin bir müddət sonra onlar arasında münaqişələr yaranıb. Yaşanan növbəti mübahisədən sonra M.Əhmədov iki gün evə gəlməyib.

İki gündən sonra mənzilə qayıdan M.Əhmədov sevgilisini evdə görməyib və onu axtarmaq üçün çalışdığı kafeyə gedib. O, F.Rəhmanzadəni evə qaytarmaq istəsə də, qadın onunla ayrılmaq istədiyini və bir daha həmin evə dönməyəcəyini bildirib. Bu səbəbdən tərəflər arasında küçədə yenidən mübahisə yaranıb.

Mübahisə zamanı M.Əhmədov bıçaqla F.Rəhmanzadəyə çoxsaylı xəsarətlər yetirib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 24 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Cinayəti törətməkdə şübhəli bilinən Müseyib Əhmədov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Banner
Xəzər rayonunda dəhşətə gətirən qətl hadisəsinin detalları - Baku TV CANLI

Xəzər rayonunda dəhşətə gətirən qətl hadisəsinin detalları - Baku TV CANLI

Hadisə
07 oktyabr 2026
Qeysəriyyə əməliyyatı olunan qadın həyatını itirdi - Baku TV

Qeysəriyyə əməliyyatı olunan qadın həyatını itirdi - Baku TV

Hadisə
07 oktyabr 2026
Qeysəriyyə əməliyyatı olunan qadın həyatını itirdi - 24 SAAT

Qeysəriyyə əməliyyatı olunan qadın həyatını itirdi - 24 SAAT

Hadisə
06 oktyabr 2026
“Söhbət toyda başlayıb, nə olubsa...” | 17 yaşlı şagird 20 yaşlı oğlanı niyə bıçaqladı? - Baku TV

“Söhbət toyda başlayıb, nə olubsa...” | 17 yaşlı şagird 20 yaşlı oğlanı niyə bıçaqladı? - Baku TV

Hadisə
06 oktyabr 2026
Qazaxda 17 yaşlı yeniyetmə 20 yaşlı gənci niyə bıçaqladı? - Baku TV CANLI

Qazaxda 17 yaşlı yeniyetmə 20 yaşlı gənci niyə bıçaqladı? - Baku TV CANLI

Hadisə
06 oktyabr 2026
"Həkim ona deyib ki..." | Doğuşdan sonra faciə: Səkinə Yusifovanın ölümü bağlı detallar - Baku TV

"Həkim ona deyib ki..." | Doğuşdan sonra faciə: Səkinə Yusifovanın ölümü bağlı detallar - Baku TV

Hadisə
06 oktyabr 2026
Qubada dəhşətli hadisə | Həyatını itirən kişinin qardaşı hər şeyi danışdı - Baku TV

Qubada dəhşətli hadisə | Həyatını itirən kişinin qardaşı hər şeyi danışdı - Baku TV

Hadisə
06 oktyabr 2026
Gəmiyə hücumdan sağ çıxan azərbaycanlıların vəziyyəti necədir? - Baku TV CANLI

Gəmiyə hücumdan sağ çıxan azərbaycanlıların vəziyyəti necədir? - Baku TV CANLI

Hadisə
06 oktyabr 2026
Azərbaycanlı dənizçilərin olduğu gəmidə dəhşətli anlar - Baku TV CANLI

Azərbaycanlı dənizçilərin olduğu gəmidə dəhşətli anlar - Baku TV CANLI

Hadisə
06 oktyabr 2026
Abşeronda tükürpərdən hadisə: Toyda başlayan mübahisə faciəyə çevrildi - Baku TV CANLI

Abşeronda tükürpərdən hadisə: Toyda başlayan mübahisə faciəyə çevrildi - Baku TV CANLI

Hadisə
06 oktyabr 2026
Seçilmişlər
icon