“Elə indi ustaya gedirəm bunlara görə” | Buzovna sakinləri şikayət etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bir qrup sakin Baku TV-nin qaynar xəttinə müraciət edərək Xəzər rayonunun Buzovna qəsəbəsi, Buzovna küçəsindəki yolun bərbad vəziyyətdə olmasından şikayətlənib.
Sakinlərin sözlərinə görə, ərazidə yolun vəziyyəti gediş-gəlişi çətinləşdirir, avtomobillərin hərəkətində ciddi problemlər yaradır.
Onlar bildirirlər ki, yoldakı çuxurlar avtomobillərə ziyan vurur və əlavə təmir xərclərinə səbəb olur. Xüsusilə yağışlı havalarda vəziyyət daha da çətinləşir. Çuxurlara su dolması nəticəsində yaranan gölməçələr uşaqların məktəbə gedib-gəlməsinə də mane olur. Belə ki, şagirdlər palçıqdan qorunmaq üçün əlavə tədbirlər görməyə məcbur qalırlar.
Sakinlər qeyd edirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem hələ də həllini tapmayıb.
“Hazırda bu çuxurlara görə ustaya gedirəm. Çox ziyan dəyir”, – sürücülərdən biri deyib.
“Uşaqlar məktəbə piyada gedə bilmirlər. Servis maşını buraya girmir. Hər il vəziyyət belədir. Yolu düzəltsələr, uşaqlar da rahat gedib-gələrlər. Palçıq içində qalırlar”, – başqa bir sürücü bildirib.
#Xəzər rayonu teqi istifadə olunub
- “Elə şey yoxdur, başına dönüm...” | Bağçada qalmaqal: uşaqların ərzağı mənimsənilir? - Baku TV
- “Bu su ilə çiməndə daha da kirlənirsən” | Əhali şikayətləndi | “Cavan qızların beli sınır” - Baku TV
- Faktla bağlı araşdırma aparılır
- “Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV
- Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI
