“Beynimdən travma almışam, hər yerim ağrıyır” | 59 yaşlı qadının pensiyası niyə kəsilib? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran rayonunun Boladı kənd sakini Mehriban Rzayeva Baku TV-nin qaynar xəttinə müraciət edib.
Anadangəlmə fiziki məhdudiyyətinin olduğunu deyən 59 yaşlı qadın 1997-ci ildə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını və o vaxtdan səhhətində ciddi problemlərin yarandığını bildirib.
Şikayətçinin sözlərinə görə, 2019-cu ildə ona üçüncü qrup əlillik təyin edilsə də, sonradan bu status dayandırılıb. Ailə həyatı qurmayan Mehriban Rzayeva ahıl anası ilə birlikdə çətin şəraitdə yaşadığını vurğulayaraq aidiyyəti qurumlardan kömək istəyir:
"1997-ci ildə məni maşın vurub, beyin travması almışam. Əllərim, qollarım, ayaqlarım – hər yerim ağrıyır, yeriyə bilmirəm. 2019-cu ildən pensiya alırdım, 2023-cü ildə kəsdilər. Üçüncü qrup əlil idim. Məni heç müayinə etmədilər, sənədlərimə baxmadılar, maraqlanmadılar da. Dedilər ki, sənə pensiya düşmür".
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Lənkəran rayon sakini Mehriban Rzayevaya 2019-cu ildə 5 il müddətinə əlillik təyin olunub.
Qurumdan həmçinin qeyd edilib ki, əlillik müddəti bitdikdən bir il sonra – 2025-ci ilin noyabr ayında elektron sistemə daxil olan müraciət əsasında vətəndaş əyani müayinədən keçirilib. Müayinə zamanı səhhətində əlillik əlamətləri aşkar edilmədiyi üçün ona yenidən əlillik dərəcəsi təyin olunmayıb.
#Lənkəran teqi istifadə olunub
- Ölümdən qurtardığı nadir quş sakini heyrətləndirdi | “Başqa quşu yaxına buraxmır, ancaq özü...”
- “Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV
- “Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV
- Fermerlər çətin vəziyyətdə | Lənkəranda meyvə bağlarına ciddi ziyan vuran hadisə - Baku TV CANLI
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
