“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaşların sözlərinə görə, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində avtomobillə evə qayıdarkən ciddi çətinliklə üzləşirlər.
Belə ki, yolun həmin hissəsində bütöv xətt olduğundan sürücülər evlərinə dönmək üçün xeyli məsafə qət edərək geriyə qayıtmalı olurlar. Xətti keçərək sola dönən sürücülər isə 100 manat məbləğində cərimə edilir və 3 cərimə balı alırlar.
Sakinlər bildirirlər ki, bu vəziyyət onların əlavə vaxt və yanacaq sərf etməsinə səbəb olur. Onların fikrincə, ərazidə qırıq xəttin və piyada keçidinin təşkilinə ehtiyac var.
“Burada qırıq xətt olmalıdır. Məcburən dönəndə isə 100 manat cərimə və 3 bal yazılır. Buradan gedib qarşıdakı yanacaqdoldurma məntəqəsindən dönməliyik. Təxminən bir kilometr məsafə qət etməli oluruq. Orada da sıxlıq yaranır. Bir kilometr yol gedib niyə evimə qayıtmalıyam?! Piyada keçidi də yoxdur. Uşaqlar məktəbə gedib-gəlirlər. Dəfələrlə burada qəza baş verib”, – deyə sakinlərdən biri bildirib.
“İki dəfə şəxsən özüm 100 manat, 3 bal cərimə olunmuşam. Sumqayıt istiqamətindən gələndə körpüyə qədər gedib oradan geri qayıtmalı oluruq. Uşaqları məktəbə aparıb-gətirmək də bizim üçün çox çətindir. Ərazidə avtomobillərin hərəkəti intensivdir. Gecə saatlarında vəziyyət daha da çətinləşir, çünki işıqlandırma və piyada keçidi yoxdur. Sürət həddini də bir qədər aşağı salsalar, yaxşı olar. Yük maşınları o qədər sürətlə hərəkət edir ki, yolu keçmək mümkün olmur”, – başqa bir sakin deyib.
#Aşağı Güzdək qəsəbəsi teqi istifadə olunub
- Aşağı Güzdəkdə qorxulu hadisə | ”İçəridə idim, yanğın buradan başladı, sonra...”
- Abşeronda qorxulu anlar | Yanğın olan zavoddan son görüntülər
- “Dedilər ki, hadisə olub, gəl!” | Güzdəkdəki dəhşətli qətl barədə qonşu elə şeylər danışdı ki...
- Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə yaşandı | Hadisənin dəhşətli detalları
- 16 yaşlı qızı axund qaçırıb? | Qaçırılan qızın qohumu hər şeyi danışdı
