“O sudan bizə lazım olanı ala bilmərik” | Filtrdən keçən su orqanizmi mineralsız qoyur? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Evlərdə su filtrlərindən istifadə geniş yayılıb. Vətəndaşlar bu qurğuların suyu zərərli maddələrdən təmizləyərək onu orqanizm üçün daha faydalı etdiyini düşünür.
Mütəxəssislər isə bildirirlər ki, tərs osmos texnologiyası ilə işləyən bəzi filtrlər suyun tərkibindəki zərərli maddələrlə yanaşı, kalsium və maqnezium kimi orqanizm üçün vacib mineralların da miqdarını əhəmiyyətli dərəcədə azaldır.
Paytaxt sakinlərinin bu məsələ ilə bağlı fikirləri fərqlidir. Bəziləri filtrlərin faydalı olduğunu düşünsə də, digərləri suyun təbii mineral tərkibinin dəyişməsindən narahatdırlar.
“Güvənmədiyim üçün filtrdən istifadə etmirəm, özüm süzürəm”, – deyə vətəndaşlardan biri mövzuya münasibət bildirərkən söyləyib.
Molekulyar Biologiya İnstitutunun laboratoriya müdiri Pənah Muradov bildirir ki, filtrdən keçən suyun uzunmüddətli istifadəsi sağlamlığa mənfi təsir göstərə bilər.
“Tərs osmos üsulu ilə təmizlənmiş su ölü suya çevrilir. Yəni onda nə mikroorqanizmlər, nə də metallar olur. Buna görə də həmin filtrlərdən elə istifadə olunmalıdır ki, su insan üçün lazım olan mineral elementləri də saxlaya bilsin”, – deyə mütəxəssis qeyd edib.
#İçməli su teqi istifadə olunub
- Afrikada 717 milyon sakin təmiz su ilə bağlı acınacaqlı vəziyyətlə üz-üzədir
- Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI
- Ərazini su basıb, gediş-gəliş çətinləşib
- Hər yer su içində, sakinlər çətin vəziyyətdə | Yasamalda nə baş verib? - Baku TV
- Yeni Günəşli qəsəbəsinin su təchizatında problem yarandı
