"Söz insanı həm güldürür, həm kədərləndirir" | Novxanı sakininin düşündürən həyat hekayəsi
Yeniliklərdən dərhal xəbərdar olun
“O vaxtlar” verilişinin budəfəki qonağı Novxanı sakini, şair Əziz Əliyev olub.
Əziz Əliyev verilişdə uşaqlıq xatirələrindən, şairliyə gəlişindən, Novxanıya və Azərbaycana olan sevgisindən, eləcə də meyxana məclislərində yaşadığı maraqlı hadisələrdən danışıb.
Şair gənclik illərində öz kəndində şeir söyləməyə çəkindiyini, lakin qarabağlıların dəstəyi ilə ilk dəfə toy məclisində çıxış etdiyini xatırlayıb:
“Novxanı camaatının boynumda o qədər haqqı var ki, mən onu qaytara bilmərəm. Bu kəndin sakinlərindən biri məni kitaba çıxartdı, biri də götürüb Xırdalana apardı, orada ağır bir imtahan verdim. Mən öz kəndimdə çıxış etməyə utanırdım. Həmin insanlar mənə dəstək oldular, həvəsləndirdilər”.
Əziz Əliyev meyxana məclislərində iştirak etdiyi dövrdən, tanınmış meyxanaçılarla ilk görüşündən və onların göstərdiyi münasibətdən də söz açıb:
“Rəşad Dağlı, Aydın Xırdalanlı, Kərbəlayi Vüqar orada əyləşmişdilər. Yaxınlaşdım, salamladım və dedim ki, belə bir qafiyə ilə öz sözlərimi demək istəyirəm, mənə toxunmazsınız ki? Dedilər, qorxma, sənə burada söz deyəni sözlə parça-parça edəcəyik”.
#O vaxtlar teqi istifadə olunub
- "Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR
- "Gərək arvadın sözünə 30 faiz qulaq asasan" | "Bərk vurub dedi ki, mənə elçi göndərmisən?"
- "Qayınanam "kapriznıy" idi, kaş başqa cür danışardım" | "Uşaq qız olanda ağız büzürdülər"
- “Bu dövrdə kim anasına baxır?!” | “Atasını güllələdilər, qayınanam da 114 yaşında...” - O VAXTLAR
- Novxanı sakini 80 illik ömründə nədən peşmandır? - “Evlənəndə qızıma dedim ki...” - O VAXTLAR
