Pleyeri seçin:

“Bu dövrdə kim anasına baxır?!” | “Atasını güllələdilər, qayınanam da 114 yaşında...” - O VAXTLAR

16 oktyabr 2026

“O vaxtlar” verilişinin budəfəki qonağı Novxanı sakini Şahsənəm Əliyeva olub.

Ş.Əliyeva keçmişdəki ailə dəyərlərindən, gəlinlik dövrünün çətinliklərindən və o dövrün adət-ənənələrindən söz açıb.

Həyat yoldaşı ilə keçirdiyi illərdən və onun itkisindən bəhs edən Şahsənəm xanım xatirələrini belə bölüşüb:

“Həyat yoldaşımı itirməyimdən 3 il keçir. Nə dəyişdi həyatımda? Heyif, kaş ki ölməyəydi. 86 yaşı var idi, elə bilirdim, heç vaxt ölməyəcək. Cəmi 10 günün içində canını tapşırdı. Qadına sevgi lazımdır. Sevgi isə bir-birimizə, gördüyümüz işə qiymət verməkdir. Biz elə yaşamışıq”.

Ailəsinin qarşılaşdığı repressiya faciəsini və böyüklərə qulluq etdiyi illəri xatırlayan Ş.Əliyeva sözlərini belə yekunlaşdırıb:

“1937-ci ilin repressiya dövründə qayınanamın atasını aparıb güllələdilər. 16 yaşlı oğlunu da atasının qoluna bağlayıb apardılar, bir daha xəbər tuta bilmədik. Qayınanamın 100 yaşlı anası tək qalmışdı, onu 1937-ci ildən qalan həmin o evə gətirdik. O vaxt nə qaz var idi, nə su. Suyu quyudan gətirərdik. Həmin evdə o qoca qadına 14 il baxdım. Bircə bilsəydi ki, oğlunun qəbri haradadır, bəlkə də bu qədər ağlamazdı. 114 yaşında rəhmətə getdi. İndi mən onun yurdunda oturmuşam. Allah bütün balalarımızı, gənclərimizi qorusun”.

Kopyalandı
Banner
Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV

Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV

Cəmiyyət
16 oktyabr 2026
"Cavanlar CV verib illərlə gözləyir ki..." | Niyə özümüzə uyğun iş tapa bilmirik? - Baku TV

"Cavanlar CV verib illərlə gözləyir ki..." | Niyə özümüzə uyğun iş tapa bilmirik? - Baku TV

Cəmiyyət
16 oktyabr 2026
Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI

Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI

Cəmiyyət
16 oktyabr 2026
Minimum əməkhaqqı artacaq | Artım faizi nə qədər müəyyənləşdiriləcək? - Baku TV

Minimum əməkhaqqı artacaq | Artım faizi nə qədər müəyyənləşdiriləcək? - Baku TV

Cəmiyyət
16 oktyabr 2026
“Gənclərə bu problemlərdə güzəşt olunsa...” | Evlənənlərin sayı niyə azalıb? - Baku TV

“Gənclərə bu problemlərdə güzəşt olunsa...” | Evlənənlərin sayı niyə azalıb? - Baku TV

Cəmiyyət
16 oktyabr 2026
“Faydadan çox zərəri var” | Həkim əvəzinə süni intellektə üz tutanların nəzərinə - Baku TV

“Faydadan çox zərəri var” | Həkim əvəzinə süni intellektə üz tutanların nəzərinə - Baku TV

Cəmiyyət
16 oktyabr 2026
Ali təhsilli gənclər niyə öz ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkir? - Baku TV CANLI

Ali təhsilli gənclər niyə öz ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkir? - Baku TV CANLI

Cəmiyyət
16 oktyabr 2026
"H&M" Azərbaycana gəldi | İlk 100 müştərini nələr gözləyir? - Baku TV

"H&M" Azərbaycana gəldi | İlk 100 müştərini nələr gözləyir? - Baku TV

Cəmiyyət
16 oktyabr 2026
Fortepiano melodiyalarının insanın emosional vəziyyətinə müsbət təsiri diqqət çəkir

Fortepiano melodiyalarının insanın emosional vəziyyətinə müsbət təsiri diqqət çəkir

Cəmiyyət
16 oktyabr 2026
İnşaatçılar prospektindəki bu yol niyə "təhlükənin ünvanı"na çevrilib? - NECƏ OLMALIDIR?

İnşaatçılar prospektindəki bu yol niyə "təhlükənin ünvanı"na çevrilib? - NECƏ OLMALIDIR?

Cəmiyyət
16 oktyabr 2026
Seçilmişlər
icon