Pleyeri seçin:

Fortepiano melodiyalarının insanın emosional vəziyyətinə müsbət təsiri diqqət çəkir

16 oktyabr 2026 20 baxış

Sakitləşdirici fortepiano musiqiləri stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər.

Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır, həmçinin eşitmə və orqanizmin vəziyyətinin tənzimlənməsində iştirak edən beyin şəbəkələri arasındakı əlaqələrə müsbət təsir göstərir.

Çin Elmlər Akademiyasının Psixologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər.

Araşdırmada 120 gənc iştirak edib. İlk mərhələdə könüllülər vaxt məhdudiyyəti şəraitində mürəkkəb riyazi tapşırıqları yerinə yetiriblər. Hər suala cavab vermək üçün cəmi üç saniyə vaxt ayrılıb. Vaxtı gecikdirdikdə və ya səhv cavab verdikdə iştirakçılara dərhal xəbərdarlıq edilib.

Sınaqdan sonra iştirakçılara ya fortepiano musiqisi, ya da su səsləri dinlədilib. Alimlər onların əhvali-ruhiyyəsini, ürək döyüntülərinin tezliyini, tərləmə səviyyəsini və stres hormonu olan kortizolun miqdarını ölçüblər.

Nəticələr göstərib ki, gərgin tapşırıqdan sonra fortepiano musiqisi dinləyən iştirakçılar su səslərini dinləyənlərlə müqayisədə daha tez özlərinə gəliblər. Musiqi dinləyənlərin əhvali-ruhiyyəsi daha çox yaxşılaşıb, nəbz və tərləmə göstəriciləri isə daha sürətlə azalıb.

Tədqiqatçılar hesab edirlər ki, musiqi insanı sadəcə xoşagəlməz hisslərdən yayındırmır. Gərginlik və rahatlama mərhələlərinin növbələşdiyi, proqnozlaşdırıla bilən musiqi quruluşu beyniin səsin qavranılmasına və orqanizmin stresə reaksiyasına cavabdeh olan sistemləri arasındakı əlaqələrin yenidən qurulmasına kömək edə bilər.

Banner
"Azərişıq" 9 ay ərzində görülən işlərlə bağlı mətbuat konfransı keçirib - Baku TV

"Azərişıq" 9 ay ərzində görülən işlərlə bağlı mətbuat konfransı keçirib - Baku TV

Cəmiyyət
16 oktyabr 2026 20 baxış
Yeni sosial islahatlar paketi ilə bağlı hazırlıqlara başlanılıb - Baku TV

Yeni sosial islahatlar paketi ilə bağlı hazırlıqlara başlanılıb - Baku TV

Cəmiyyət
16 oktyabr 2026 20 baxış
Zaur Rzayevin səhhəti ilə bağlı TƏBİB-dən açıqlama - Baku TV

Zaur Rzayevin səhhəti ilə bağlı TƏBİB-dən açıqlama - Baku TV

Cəmiyyət
16 oktyabr 2026 20 baxış
Yeni ürəklə həyata bağlanmışdı | Ailə qurmaq arzusu gerçəkləşmədi - 24 SAAT

Yeni ürəklə həyata bağlanmışdı | Ailə qurmaq arzusu gerçəkləşmədi - 24 SAAT

Cəmiyyət
16 oktyabr 2026 20 baxış
"Atırlar bir-birinin boynuna, həyət-baca su içindədir" | Ramana sakinləri çıxılmaz durumda - Baku TV

"Atırlar bir-birinin boynuna, həyət-baca su içindədir" | Ramana sakinləri çıxılmaz durumda - Baku TV

Cəmiyyət
16 oktyabr 2026 20 baxış
"Pullarını götürər, ortalıqda qalarsan..." | Diqqətli olun: "süni" səsi belə müəyyən edə bilərsiniz

"Pullarını götürər, ortalıqda qalarsan..." | Diqqətli olun: "süni" səsi belə müəyyən edə bilərsiniz

Cəmiyyət
16 oktyabr 2026 20 baxış
Suya salınmış qozda gizli təhlükə - Qəsdən elə batırırlar ki... - Baku TV

Suya salınmış qozda gizli təhlükə - Qəsdən elə batırırlar ki... - Baku TV

Cəmiyyət
15 oktyabr 2026 20 baxış
Bir aşığın faciəvi taleyi | Şeirləri və xatirəsinə yazılan əsərlər bir kitabda toplandı - Baku TV

Bir aşığın faciəvi taleyi | Şeirləri və xatirəsinə yazılan əsərlər bir kitabda toplandı - Baku TV

Cəmiyyət
15 oktyabr 2026 20 baxış
"Ətrafımda ət yeyən, amma yaxşı insanlar var" | Müğənni Amina hansı fikirlərinə görə qınanılır?

"Ətrafımda ət yeyən, amma yaxşı insanlar var" | Müğənni Amina hansı fikirlərinə görə qınanılır?

Cəmiyyət
15 oktyabr 2026 20 baxış
"O duruş Ramiz müəllimi bir az da ucaldır” | Görkəmli tarzənin qəbirüstü abidəsinin açılışı oldu

"O duruş Ramiz müəllimi bir az da ucaldır” | Görkəmli tarzənin qəbirüstü abidəsinin açılışı oldu

Cəmiyyət
15 oktyabr 2026 20 baxış
Seçilmişlər
icon