Pleyeri seçin:
"Ətrafımda ət yeyən, amma yaxşı insanlar var" | Müğənni Amina hansı fikirlərinə görə qınanılır?
“Amin” verilişinin yeni buraxılışının qonağı müğənni Amina olub.
O, Qurban bayramı və dini baxışlarla bağlı fikirlərini bölüşüb.
Müğənni Qurban bayramını qeyd etmədiyini bildirib.
“Qurban insanın nəfsindən pay verməsidir. Vaxtilə əti çox sevsəm də, ondan imtina etdim. Əsas odur ki, kimliyindən asılı olmayaraq heç kəsin əqidəsi mühakimə olunmasın. Fikrimcə, günahsız heyvanı kəsib günahları kompensasiya etmək yanlışdır”, – deyə o bildirib.
Amina həmçinin dini baxışlardakı eqoizmdən bəhs edib:
“Hər bir dində müəyyən dərəcədə narsizm var və bu bizim eqomuzdan irəli gəlir. İnsanlar “mənim olan daha gözəl, daha üstündür” kimi düşüncələrə qapılırlar. Sanki Yaradan təkcə onları sevib, digərlərini isə sevməyib. Bu, tamamilə eqoist düşüncə tərzidir”.
Kopyalandı
#Amina Şirinqızı teqi istifadə olunub
