"Gizlənib rəhbər, çağır onu!" | Yaşayış massivinin mərkəzində antisanitariya - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər rayonu, Qala qəsəbəsinin Xaşaxuna bağları ərazisində yaşayan sakinlər yaxınlıqda fəaliyyət göstərən fermadan şikayətçidirlər.
Onların sözlərinə görə, fermadan ətrafa yayılan kəskin qoxu və antisanitar vəziyyət ərazidə yaşamağı çətinləşdirir. Dözülməz qoxu səbəbindən həyətə çıxmaq, hətta evləri havalandırmaq belə mümkün olmur.
Vətəndaşlar narazılıqlarını Baku TV ilə bölüşüblər.
“Biz çoxdan burada yaşayırıq. Bu ferma fəaliyyətə başlayandan çətin vəziyyətdəyik. Pis qoxuya görə həyətə çıxa bilmirik. Hər tərəf milçəklə doludur. Aidiyyəti qurumlara müraciət etmişik, amma gəlib baxan yoxdur”, – sakinlərdən biri söyləyib.
Digər bir sakin isə vurğulayıb:
“Antisanitariya baş alıb gedir. Heyvan cəsədlərini kəsib əraziyə atırlar. Milçəklərə və pis qoxuya görə bayıra çıxmaq olmur, biabırçı vəziyyətdir”.
#Xəzər rayonu teqi istifadə olunub
- “Cəsədləri atırlar buraya, vallah, bezmişik!” | Xəzər rayonunda dəhşətə gətirən vəziyyət - Baku TV
- “Elə indi ustaya gedirəm bunlara görə” | Buzovna sakinləri şikayət etdi - Baku TV
- “Elə şey yoxdur, başına dönüm...” | Bağçada qalmaqal: uşaqların ərzağı mənimsənilir? - Baku TV
- “Bu su ilə çiməndə daha da kirlənirsən” | Əhali şikayətləndi | “Cavan qızların beli sınır” - Baku TV
- Faktla bağlı araşdırma aparılır
