Təhlükəsizlik və dəqiq intizam | Təlim mərkəzində pilotlar hansı mərhələləri keçir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Pilot olmaq yalnız təyyarəni idarə etməyi bacarmaq demək deyil. Bu peşə dərin nəzəri bilik, praktiki təcrübə və məsuliyyət tələb edir. Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzində də gələcəyin pilotları məhz bu prinsiplər əsasında yetişdirilir.
Peşəkar pilotların hazırlanması, onların bilik və bacarıqlarının inkişafı istiqamətində fəaliyyət göstərən Mərkəz “Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən təsis olunub. 24 oktyabr 2024-cü il tarixində Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təsdiq edilən təlim təşkilatı sertifikatını əldə edib. Mərkəzin baş ofisi Heydər Əliyev Beynəlxalq Aeroportunda, təlim bazası isə Qəbələ Hava Limanında yerləşir.
Mediatur çərçivəsində jurnalistlərə təlim bazasının fəaliyyəti ilə yerində tanış olmaq imkanı yaradılıb. İlkin pilot hazırlığının mərhələləri və 10 günlük bilik və bacarıqların yenilənməsi kursu barədə məlumat verilib.
Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzinin rəis müavini Seymur Quliyevin sözlərinə görə, hazırda Mərkəzdə beş ədəd “Cessna” hava gəmisi var:
“Bu ilin sonunda bir ədəd “Cessna” hava gəmisinin gətirilməsi planlaşdırılır. Bu da təlim imkanlarımızın genişləndirilməsinə gətirib çıxaracaq və yerli kadrların hazırlanmasına töhfəsini verəcək”.
#Mediatur teqi istifadə olunub
- Zəfər Günündə media nümayəndələrinin mediaturu təşkil olunub - Baku TV
- "Azərsun Holdinq"in təşkilatçılığı ilə mediatur və təlim keçirilib - Baku TV
- Hövsan qəsəbəsinə mediatur təşkil edilib
- Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
