Pleyeri seçin:

"Azərsun Holdinq"in təşkilatçılığı ilə mediatur və təlim keçirilib - Baku TV

30 oktyabr 2026 39 baxış

“Azərsun Holdinq”in təşkilatçılığı və Aqrar Xidmətlər Agentliyinin əməkdaşlığı ilə İmişli Şəkər Zavoduna mediatur təşkil olunub.

Meditur çərçivəsində jurnalistlər zavodda istehsal prosesi ilə yaxından tanış olublar. Həmçinin Aqrar Xidmətlər Agentliyinin nümayəndələri tərəfindən media təmsilçilərinin aqrar sahədə biliklərinin artırılması məqsədilə maarifləndirici təlim keçirilib.

Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə təşkil olunan təlimin əsas məqsədi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri barədə media nümayəndələrini ətraflı məlumatlandırmaq, onların aqrar sahə üzrə bilik və məlumatlılığını artırmaq, eləcə də proqramın məqsəd və vəzifələrinin ictimaiyyətə düzgün və dolğun çatdırılmasına töhfə vermək olub.

Təlimdə çıxış edən “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov holdinqin fəaliyyəti, aqrar sektor və qida sənayesi ilə bağlı həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib. O, kənd təsərrüfatı məhsullarının istehsalı və emalının əhəmiyyətinə, eləcə də aqrar sektorun inkişafında bu istiqamətlərin roluna toxunub.

Daha sonra Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə 2026–2030-cu illər üçün Dövlət Proqramının əsas müddəaları və prioritet istiqamətləri barədə ətraflı təqdimatla çıxış edib.

Təqdimatda aqrar informasiya-məsləhət sisteminin formalaşdırılması, inteqrir bitki mühafizəsi tədbirlərinin genişləndirilməsi, zərərli orqanizmlərin aşkarlanması, kənd təsərrüfatı texnikasına texniki nəzarətin təkmilləşdirilməsi və heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması məsələlərinə toxunulub.

Sonda iştirakçıların mövzuları daha yaxşı mənimsəməsi və əldə etdikləri biliklərin qiymətləndirilməsi məqsədilə aqrar biliklər üzrə viktorina təşkil olunub.

Banner
"Gərək arvadın sözünə 30 faiz qulaq asasan" | "Bərk vurub dedi ki, mənə elçi göndərmisən?"

"Gərək arvadın sözünə 30 faiz qulaq asasan" | "Bərk vurub dedi ki, mənə elçi göndərmisən?"

Cəmiyyət
30 oktyabr 2026 39 baxış
"Baku TV"nin gündəmə gətirdiyi qanunsuz tikili ilə bağlı tədbir görüldü - Baku TV

"Baku TV"nin gündəmə gətirdiyi qanunsuz tikili ilə bağlı tədbir görüldü - Baku TV

Cəmiyyət
30 oktyabr 2026 39 baxış
"Bunlar binanı qarışdırıb bizimlə düşmənçilik edirlər" | Bina rəhbərliyindən şikayət - Baku TV

"Bunlar binanı qarışdırıb bizimlə düşmənçilik edirlər" | Bina rəhbərliyindən şikayət - Baku TV

Cəmiyyət
30 oktyabr 2026 39 baxış
"Yağış yağsaydı, heç gələ bilməyəcəkdiniz" | Binəqədidə bitmək bilməyən yol problemi - Baku TV

"Yağış yağsaydı, heç gələ bilməyəcəkdiniz" | Binəqədidə bitmək bilməyən yol problemi - Baku TV

Cəmiyyət
30 oktyabr 2026 39 baxış
Xırdalanda piyada yolu zəbt edilib? | Sakinlər tikintidən narazıdır? - Baku TV CANLI

Xırdalanda piyada yolu zəbt edilib? | Sakinlər tikintidən narazıdır? - Baku TV CANLI

Cəmiyyət
30 oktyabr 2026 39 baxış
Rəqəmlərin arxasındakı real mənzərə

Rəqəmlərin arxasındakı real mənzərə

Cəmiyyət
30 oktyabr 2026 39 baxış
Oktyabrın son günündə Azərbaycanı necə hava gözləyir? - Baku TV CANLI

Oktyabrın son günündə Azərbaycanı necə hava gözləyir? - Baku TV CANLI

Cəmiyyət
30 oktyabr 2026 39 baxış
Gənclər əmək bazarından niyə uzaqlaşır? - Rəqəmlərin arxasındakı real mənzərə - Baku TV

Gənclər əmək bazarından niyə uzaqlaşır? - Rəqəmlərin arxasındakı real mənzərə - Baku TV

Cəmiyyət
30 oktyabr 2026 39 baxış
Narkotik vasitənin təsiri altında avtobusu idarə etdi, sonra isə... - Baku TV CANLI

Narkotik vasitənin təsiri altında avtobusu idarə etdi, sonra isə... - Baku TV CANLI

Cəmiyyət
30 oktyabr 2026 39 baxış
“Tələsmə, özü düzələcək” demək düzgün deyil” | Mütəxəssislərdən valideynlərə xəbərdarlıq - Baku TV

“Tələsmə, özü düzələcək” demək düzgün deyil” | Mütəxəssislərdən valideynlərə xəbərdarlıq - Baku TV

Cəmiyyət
30 oktyabr 2026 39 baxış
Seçilmişlər
icon