Yanğın çardaqda başladı, sonra isə... | Masallıda qorxulu anlar
Yeniliklərdən dərhal xəbərdar olun
Masallıda ikimərtəbəli villa yanıb.
Hadisə rayonun Anar Novruzov küçəsində, Vaqif Qurbanova məxsus evdə qeydə alınıb.
Yanğın ümumi sahəsi 216 kvadratmetr olan evin çardaq hissəsindən başladığından alov əsasən 2-ci mərtəbəni əhatə edib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, yanan ev tanınmış həkim Masallı Rayon Mərkəzi Xəstəxanasının baş terapevti, tibb üzrə fəlsəfə doktoru 69 yaşlı Vaqif Qurbanova məxsusdur. O açıqlamasında sözügedən evi 35 ilə tikdiyini, yanğın baş verən zaman evdə tək olduğunu bildirib. Həkim həmçinin ona yarım milyondan çox ziyan dəydiyini, bütün sənədlərin və qızılların yandığını qeyd edib.
Faktla bağlı araşdırma aparılır.
#Masallı teqi istifadə olunub
- Masallıda sakinlər pay torpaqlarının saxta sənədlərlə satıldığını iddia edirlər - Baku TV
- Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət - KƏNDİNƏ QAYIT
- Kimya dərsi şagird üçün xəstəxanada bitdi - 24 SAAT
- “Sıçrayıb uşağımın üstünə, şərləyirlər ki...” | Məktəbdə qorxunc hadisə: günahkar kimdir? - Baku TV
- Şagird zədələndi, valideyn müəllimi günahlandırdı | Məktəbdə nə baş verdi? - Baku TV CANLI
