Yanğın zamanı polis əməkdaşı zəhərləndi
Yeniliklərdən dərhal xəbərdar olun
“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı təhlükəsizlik tədbirlərinə cəlb olunan bir polis əməkdaşı tüstüdən zəhərlənib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Polis əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun müalicəsi davam etdirilir.
Daha əvvəl TƏBİB-dən bildirilib ki, hadisə ilə bağlı bir nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, iki nəfərə isə tüstüdən zəhərlənmə səbəbi ilə yerində yardım göstərilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın tam söndürülüb.
#Sədərək ticarət mərkəzi teqi istifadə olunub
- "Sədərək"dən hicablı xanımlarla bağlı yayılan yalan xəbərə münasibət bildirildi - Baku TV
- "Gəlib baxın, görün burada nə qədər hicablı xanım var" | "Sədərək" TM yayılan iddialara cavab verdi
- “Mən onlara borclu deyiləm!” - Ölən ərinin mağazasını qadının əlindən alıblar?
- "Sədərək" Ticarət Mərkəzində nə baş verir?
- “Sədərək” Ticarət Mərkəzində baş verən insidentlə bağlı DİN-dən açıqlama
