Pleyeri seçin:
Yaşayış binasında baş vermiş yanğın söndürülüb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yaşayış binasında yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbi ilə bağlı hələlik məlumat yoxdur.
Kopyalandı
#Beşmərtəbəli bina teqi istifadə olunub
