Yaşlı ər-arvada dəhşət yaşadan hadisə | "Qonşuların hərəsi bir tərəfdən gəldi ki..."
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə fərdi yaşayış evində yanğın baş verib.
Hadisə şəhərin General Hacıbala Zeynalov küçəsində yerləşən birmərtəbəli, 4 otaqlı evdə qeydə alınıb.
Yanğın hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 250 m² olan evin iki otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb, həmçinin 50 m² olan talvarın lambirdən ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı evdə olan 70 yaşlı Əli Məmmədov və onun həyat yoldaşı 68 yaşlı Validə Məmmədova tüstüdən zəhərlənib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
#Gəncə teqi istifadə olunub
- Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
