Yaşlıları aldadan şəxs saxlanıldı | Hadisənin detalları açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi ahıl vətəndaşların 43 000 manatını mənimsəməkdə təqsirləndirilən, 46 yaşlı Serqey Karnauxovu saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Serqey Karnauxov "Telegram" sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin ona göndərdiyi ünvanlara yollanaraq ahıl şəxslərə yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib.
Qeyd olunan hüquqazidd əməllər nəticəsində Serqey Karnauxov 28 000, 9 000 və 6 000 manat olmaqla ümumilikdə üç vətəndaşa 43 000 manat maddi ziyan vurub.
Saxlanılan şəxs pul vəsaitlərini əldə edəndən sonra "Telegram"da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. Serqey Karnauxov bu qanunsuz əməllərin qarşılığında əldə etdiyi məbləğin bir qismini isə özünə götürüb. Araşdırma zamanı onun paytaxtın Nəsimi rayonunda da analoji əməllər etdiyi müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
#Oğurluq hadisəsi teqi istifadə olunub
- Şirvanda oğurluq hadisəsi | 35 yaşlı şübhəli saxlanıldı - Baku TV
- Suraxanıda market və evi qarət edən şəxs necə tutuldu? - Baku TV CANLI
- Maştağada 2 nəfər neft kəmərindən oğurluğa cəhd etdi | Yanğın oldu - Baku TV
- İspaniyada Tunc dövrünün məşhur xəzinəsi qarət edildi
- Fransada son bir ayda üç muzey qarət edilib
