Yekaterinburqda azərbaycanlıya qarşı saxta ittiham | İş adamını nəyə görə həbs etmək istəyirlər?
Yeniliklərdən dərhal xəbərdar olun
Yekaterinburqda tanınmış azərbaycanlı xeyriyyəçi və iş adamı Aqil Babayevə qarşı qurulan "hüquqi tələ"! Baku TV-nin təqdim etdiyi araşdırmada bildirilir ki, uzun illər Rusiyada nümunəvi fəaliyyət göstərən həmyerlimiz qəfildən ağır cinayətlərdə ittiham olunaraq həbs edilib. İttiham tərəfi onun mənimsəmə və digər iqtisadi cinayətlər törətdiyini iddia etsə də, Babayevin vəkilləri və yaxınları bu işin tamamilə saxta olduğunu, iş adamının var-dövlətini ələ keçirmək istəyən rəqibləri və bəzi korrupsioner məmurlar tərəfindən sifariş edildiyini bildirirlər. Reportajda Babayevin həbsxanada üzləşdiyi qeyri-insani rəftar, səhhətində yaranan ciddi problemlər və Rusiya məhkəmə sistemindəki ziddiyyətli məqamlar açıqlanır. Azərbaycan diasporunun və hüquq müdafiəçilərinin bu məsələyə reaksiyası Baku TV-nin süjetində.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
