Yeyib-içiblər, sonra... | Qonşular Biləcəridəki qətl barədə nələr danışdı?
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Binəqədi rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb.
Məlumata görə, şərti adı Ədil Məhərrəmov olan şəxslə əvvəllər məhkum olunmuş 57 yaşlı şərti adı Nəcəf Qafarov adlı şəxs arasında mübahisə yaranıb. Bu zaman Nəcəf Qafarov Ədil Məhərrəmova bizlə çoxsaylı xəsarətlər yetirib, sonuncu aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib.
“Eşitdiyimə görə, hadisə baş verməzdən öncə qayınatası, yoldaşı oturub yeyib-içiblər. İçkili olublar, sözləri çəp gəlib. Bu da qalmaqala səbəb olub”, ‒ qonşulardan biri söyləyib.
Polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
#Biləcəri teqi istifadə olunub
- Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir
- “Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV
- Biləcəri qəsəbəsinin sakinləri narahatlıq keçirir
- "Arxasında qaz borusu var" | Sakin qurumuş ağacların yaratdığı təhlükədən danışdı - Baku TV
- Biləcəri qəsəbəsində yoxa çıxan dayanacaq problemi | AYNA məsələyə münasibət bildirdi - Baku TV
