"Yollar çöküb, uçqun əmələ gəlib" | Quba-Xınalıq yolunda son vəziyyət necədir? - Baku TV
Son günlər yağan intensiv yağışlar Quba–Xınalıq avtomobil yolunda torpaq sürüşmələrinə səbəb olub. Yolun 30-cu kilometrliyində iri qaya parçaları və palçıq kütləsi yolun hərəkət hissəsinə tökülüb. Nəticədə, sözügedən istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşıb.
Sakinlər hadisə ilə bağlı Baku TV-yə danışıblar.
“Qırızdəhnə kəndinə istirahətə gəlmişdik. Bakıya qayıdanda gördük ki, yol çöküb. Burada qalmışıq, yolun açılmasını gözləyirik”, – onlardan biri söyləyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolun hərəkət hissəsinin torpaq və qaya kütləsindən təmizlənməsi istiqamətində işlərin qısa müddətdə yekunlaşdırılması və ərazidə nəqliyyat vasitələrinin hərəkətinin tam bərpa olunması nəzərdə tutulur.
#Quba-Xınalıq yolu teqi istifadə olunub
- Qorxulu vəziyyət: Quba-Xınalıq yolu bağlandı | Sürücülər yolda qaldı - Baku TV CANLI
- Qorxulu hadisə yaşandı, yol bağlandı | Quba-Xınalıq yolunda ciddi təhlükə - Baku TV
- Quba-Xınalıq yolunda çətinlik | Ərazidə torpaq sürüşmələri baş verib - Baku TV
- Torpaq sürüşməsi Qubada yolun bir neçə hissəsində hərəkəti məhdudlaşdırdı - Baku TV
- Quba-Xınalıq yolunda torpaq sürüşməsi baş verib - Baku TV
